Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) kollektivi Daşaltı şəhidlərinin məzarını və Şəhidlər Xiyabanında uyuyan qəhrəmanlarımızı ziyarət etmişdir. AVMVİB sədrinin Birinci müavini Vahid Abdurəhmanovun verdiyi məlumata görə, bu gün AVMVİB-in təşkilatçılığı ilə Daşaltı əməliyyatının növbəti ildönümü çərçivəsində müharibə veteranları, əlillər, qazilər və şəhid ailələrinin üzvləri də iştirak etmiş, qəhrəman əsgərlərimizin xatirəsini ehtiramla yad etmişlər.
Ziyarət proqramı çərçivəsində iştirakçılar Şəhidlər Xiyabanına Daşaltı şəhidlərinin və orada uyuyan şəhidlərimizin məzarlarını gül-çiçək ilə bəzəyərək dualar oxumuş, şəhidlərin ailələrinə dərin hörmətlərini çatdırmış, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarını qurban vermiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad etmişdir.
Tədbir zamanı veteranlar və qazilər öz xatirələrini bölüşərək, şəhidlərin igidliyi və vətənpərvərliyini gənc nəsillərə çatdırmış, Vətən qarşısında borcun əhəmiyyətini bir daha vurğulamışlar. Şəhid ailələrinin üzvləri isə belə ziyarətlərin onların qürur və xatirəyə bağlılığını gücləndirdiyini qeyd etmişlər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi ziyarətin sonunda bütün şəhidlərimizin ruhuna Allahdan rəhmət diləyərək, onların göstərdiyi igidlik və fədakarlığın heç zaman unudulmayacağını vurğulamışdır.



.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
