Fevralın 7-də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev başda olmaqla təşkilatın nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun mövludu günü münasibətilə onun məzarını ziyarət etmişdir.
Ziyarətdə iştirak edənlər Milli Qəhrəmanın məzarı önünə gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub, xatirəsi dərin ehtiramla yad edilib.
Çıxış edənlər Mübariz İbrahimovun Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını, onun Vətənə sədaqətinin, mərdliyinin və fədakarlığının gənc nəsil üçün örnək olduğunu bildiriblər. Qeyd olunub ki, Milli Qəhrəmanın göstərdiyi şücaət Azərbaycan əsgərinin yenilməz ruhunun simvoludur.
Anım tədbiri zamanı şəhidlərin əziz xatirəsinin daim uca tutulmasının, onların döyüş yolunun və həyat fəlsəfəsinin gələcək nəsillərə çatdırılmasının vacibliyi xüsusi vurğulanıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
AVMVİB-in Mətbuat xidməti

.jpg)

.jpg)
.jpg)
