Nə mutlu ki, mən türkəm!

Adnan Bulut

Tarix: 26 fevral 1992-ci il.
Yer: Azərbaycan Xocalı.

Əlləri arxadan bir ağaca bağlanmış hamilə bir qadının başı üzərində dayanmış iki erməni qəpik atıb mərcləşirdilər. Bu qanlı qumarı 100 il öncə Qarsda, Ağrıda, Vanda və Ərzirumda da ataları oynamışdılar. Azərbaycanlı qadının doğuşuna az qlmışdı. Çarəsiz qadın payız yarpağı kimi titrəyirdi. Paltarları cırılmış, ayaqları isə yalındı. Uzun boylu erməni əlində olan AK-74 rus avtomatının süngüsünü çıxararkən o birisi əlindəki moneti havaya atdı:


— Axçik, manç? (Qızmı, oğlanmı?)
— Axçik (Qız).


Bu cavabdan sonra «oğlan»-deyib əlindəki süngüylə hamilə qadının qarnını yardı və cocuğu çıxardı. Ətrafı qan bürümüşdü. Gözlər uşağın cinsiyyət üzvünə zillənmişdi:


— Tun şahetsar, inger (Sən qazandın, yoldaş)…
-Yes şahetsapayts ays bubriki inç bes bidigiştana (Mən qazandım, amma bu uşaq necə bəslənəcək?)…
— Mayrigi bedge gişdatsine (Əlbəttə ki, anası bəsləyəcək).
Bunu deyən qısa boylu erməni əlindəki süngüylə uşağı anasının sinəsinə yapışdırıb dedi:
— Mayrig yerahayin zizdur (Uşağa döş ver).


Həmin dəqiqələrdə Xocalının başq bir səmtində futbol oynamağa hazırlıq gedirdi. İki azərbaycanlı qadının kəsilmiş başından qapı qurulmuşdu və top axtarırdılar. Başı yenicə qırxılmış bir azərbaycanlı uşağının gətirildiyini görən erməni qulduru sevinclə qışqırdı:


— Asixn ma çimi yev bizdige, aveg gindirnadabidi. Gidiresek (Həm saçsız, həm kiçik, həm də yaxşı yuvarlanar, qopardın).
Həmin an uşağın bədəni bir yana, başı isə başqa tərəfə düşmüşdü. Ermənilər zəfər uralarıyla qanlı botinkalarının ucuyla qanlı qapıya qol atmağa çalışırdılar. Bu hadisə Xocalıda yaşanmışdı. Bunu hadisədə iştirak etmiş erməni quldurları anladıblar. 26 fevral 1992-ci il Xocalıda müxtəlif üsullarla minlərcə azərbaycanlı qətlə yetirilmişdi. Agentliklər ərşi titrədən qətliam xəbərlərini yaydığı günlərdə geridə qalan xocalılar çarəsizlik içində qalmışdılar. Türkiyədə dəhşət yaradan qətliam barədə dəhşətli görüntülərlə TRT xəbər yaymışdı. Olanlar barədə Qərb mətbuatı, xüsusən də Nyu York Times xəbərlər yaydı.


26 fevralda Ermənistan SQ ilə danışığa getmiş 366-cı motoatıcı polkun komandiri polkovnik Zarviqorovun başçılığı ilə Xocalıya hücum edərək tarixin ən qanlı cinayətini törətdilər.

26 fevral gecəsi raket və top atəşləri ilə Xocalı aeroportu yararsız hala saldılar və köməksiz qalan kəndə rus dəstəkli erməni quldurları hücum edərək yaşlıları, qadınları və uşaqları fərq qoymadan qətlə yetirdilər. Dəhşətli hadisələr yaşandı, insanların diri-diri dəriləri soyuldu, sağ ələ keçənlər insanlıqdan kənar ağır işgəncələrə məruz qoyuldu. Atanın gözü önündə övladını, övlad gözü önündə isə atasını güllələdilər. Kəsilmiş başları səbətlərə doldururdular. Bu düşmənliyə nə ad vermək olar?


Ermənistan məktəblərində Türkiyənin 12 vilayəti, bayrağında Ağrı dağı yer almaqdaykən, Ermənistan himnində «Torpaqlarımız işğal altında, onu azad etmək üçün ölün və öldürün!»-oxunmaqdaykən başqa bir səbəb axtarmaq gərək deyil. Dağlıq Qarabağın Xocalı bölgəsində əski Sovet İttifaqına məxsus 366-cı polkun qüvvələri hesabına 613 Azərbaycan türkü öldürüldü. 56 hamilə qadının cəsədləri qarnı yırtılmış halda tapılmışdır. Bu hücum nəticəsində 487 nəfər yaralanmış, 1275 nəfər əsir alınmış, qalanları isə böyük çətinliklərlə bu qətliamdan xilas ola bilmişdilər. Şahidlərin danışdıqlarına öncə eşidənlər inanmadılar. Fəqət hadisə yerinə gedənlər qısa vaxtda bu şahidlərin dediklərini anladılar. Xocalıda qətliam bölgəsini gəzən Fransız qəzet müxbiri Jean — Yves Junetin gördükləri qarşısında söylədikləri qətliamın miqyasının necə böyük olmasını anladır: «Mən çox savaş hekayəsi dinlədim. Faşistlərin zülmü haqqında eşitdim, amma Xocalıdakı qətliama uyğun olan bir qətliama inanıram ki, kimsə rast gəlməyib».


Bəs bu qətliamın əmrini kim vermişdi? Bu əmri Ermənistanın prezidenti olmuş kirli qatil Robert Köçəryan olub. O, Ter-Petrosyanı devirdikdən sonra 30 mart 1998-ci ildə «Xocalı qatili» kimi prezident postuna əyləşdi…


«Mən erməni deyiləm, nə mutlu ki Türkəm!»

Bu xəbəri paylaşın: