Təbrik: Həsən İmanov — 64

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Sabunçu rayon şöbəsinin sədri, Qarabağ müharibəsi veteranı İmanov Həsən Teymur oğlunun doğum günüdür. Uzun illər Vətənə və dövlətçiliyə sədaqətlə xidmət etmiş Həsən müəllimin 64 yaşı tamam olur.

Bu əlamətdar gün münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, AVMVİB Mətbuat xidmətinin kollektivi, döyüş yoldaşları, rayon veteranları və yaxınları İmanov Həsən Teymur oğlunu səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulayırlar.

Qarabağ müharibəsi veteranı kimi daim Vətənə, dövlətə və xalqına bağlılığı ilə seçilən Həsən müəllim bu gün də veteranların problemlərinin həlli, şəhid ailələri və qazilərlə aparılan ictimai fəaliyyət istiqamətində öz töhfələrini verməkdədir. Ona bundan sonrakı həyat yolunda da uğurlar, sağlam və mənalı ömür arzulayırıq.

Doğum gününüz mübarək!

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2026-05-20-at-14-52-24-(1)

Whats-App-Image-2026-05-20-at-14-52-47

Bu xəbəri paylaşın: