AVMVİB Sumqayıt şəhər şöbəsində Qurban bayramı münasibətilə yardım aksiyası keçirilib

Qurban bayramı münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Sumqayıt şəhər şöbəsində Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə xeyriyyə aksiyası təşkil olunub. Aksiya çərçivəsində ehtiyacı olan müharibə veteranlarına və ailə başçısını itirmiş ailələrə qurban payları təqdim edilib.

Tədbir zamanı bildirilib ki, şəhid ailələri, qazilər və müharibə veteranlarına diqqət və qayğının göstərilməsi hər zaman əsas prioritetlərdən biridir. Qeyd olunub ki, bu kimi sosial aksiyalar bundan sonra da davam etdiriləcəkdir.

AVMVİB-in Mətbuat xdiməti

Whats-App-Image-2026-05-26-at-15-17-44
Bu xəbəri paylaşın: