Bu gün silahdaşlarımızdan daha birinin — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Ağdərə rayon şöbəsinin sədri, müharibə veteranı Paşayev Mərdan Həsən oğlunun doğum günüdür. Fevral ayının 18-də onun 67 yaşı tamam olur.
1975-ci ildə Ağdərə rayonun Manikli kənd orta məktəbi,1976-cı ildə Sovet Ordusunun Omsk şəhərində kicik kamandirlər hazırlayan məktəbi, 1989-cu ildə Ağdam rayon texnikomunu (elektrikləşmə və texniki fakültə), daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu olub. O, 1976-1978-ci illərdə Sovet Ordusunun tərkibində Rusiya Federasiyasının Zabaykalye diyarında yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə olub. 1989-1991-cı illərdə Ağdərə rayon Manikli kənd orta məktəbində hərbi hazırlıq üzrə müəllim işləyib. Mərdan Həsən oğlu Paşayev 1991-1995- ci illərdə Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrində müvafiq vəzifələrdə xidmət edib. Mərdan Həsən oğlu Paşayev Azərbaycan ordusundan Silahlı Qüvvələrə buraxıldıqdan sonra 1996-2019 ci illərdə Ağdam rayonun 162 saylı tam orta məktəbində müəllim işləyib. O, 1996-cı illdən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Ağdam rayon şöbəsinin üzvü, 2016-cı ildən AVMVİB-in Ağdam rayon şöbəsinin, 2025-ci ildən AVMVİB Ağdərə rayon şöbəsinin sədri vəzifəsindədir.
Müharibə veteranı Mərdan Paşayev, 1988-1991 ci illərdə könüllərdən ibarət özünü müdafə taborunun (batalyonun) 1991 -1994 cü illərdə isə Azərbaycan ordusunun tərkibində Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdərə, Xocalı, Tərtər və Ağdam rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqlarının öhtəsindən layiqincə gəlmişdir. O, 1993 -cü ilin fevral ayının 18 -də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanıb.
Paşayev Mərdan Həsən oğlu hərbi xidməti və ictimai fəaliyyəti dövründə “əlaçı” döş və yubiley nişanları ilə təltif olunub, müxtəlif fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medalarla təltif edilib:
1.”Müharibə Veteranı” medalı ilə;
2.”Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (1994- 2019) 25 illiyi” yubiley medalı ilə;
3.” Milli Ordunun ( 1918 — 2018) 100 illiyi” yubiley medalı ilə;
4.” Böyük Zəfər” medali ilə.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi Paşayev Mərdan Həsən oğlunu doğum günü münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı arzulayır.
AVMVİB-in Mətbuat xidməti



