Təbrik:Kapitan İsmayılRüstəmov- 54

İnsan üçün ən yaddaqalan günlərdən başlacası onun doğum günüdür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olur. Belə ad günü qeyd olunan insanlardan biridə daimi həyatın bütün cətinliklərindən alını açıq və üzüağ çıxan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Bərdə rayon şöbəsinin sədri 2 -ci qrup müharibə əlili- istefada olan kapitan Rüstəmov Ismayıl Rüstəm oğludur. Fevral ayının 18-də onun dünyaya göz  acdığı gündür.


Bu əlamətdar gün münasibətilə istefada olan kapitan İsmayıl Rüstəmovu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin rəhbərliyi, doğmaları,döyüşcü və iş yolsaşları  səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər,İsmayıl qoy yaşınızın üstə gələn bu yaş:da sizə sevinc dolu günlər bəxş etsin.


İstefada olan kapitan İsmayil Rüstəm oğlu Rüstəmov 18 fevral 1970-ci ildə Bərdə rayonun Hacıəhmədli kəndində  zəhmətkeş ailədə anadan olub.

1977-ci ildə Bərdə rayonun Hacıəhmədli kəndində orta məktəbin birinci sinfinə getmiş və 1987- ci ildə həmin məktəbi bitirmişdir.
1988-1990 — cı ilərdə Sovet Ordusunun Almaniya Federativ respubilkasənda  yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.

1991-ci ildə könüllü olaraq Azərbaycan milli ordu sıralarına yazılaraq 1991-1994-cü illərdə Müdafiə Nazirliyinin Bərdə və Ağdərə rayonlarında yerləşən hərbi hissələrində (əlahiddə tank taborunda) taqım və böluk komandiri vəzifələrində  Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir. O, 1994 -cü ilin dekabr ayından “Hərbi xidmətkecmə haqqında” əsasnamənin 156 cı  maddəsinin v) bəndinə  əsasən xəstəliyə görə Azərbaycan  Silahlı Qüvvələrindən ehtiyata buraxılıb.

2015-ci ildən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Bərdə rayon şöbəsinin sədri vəzifəsində calışır.

Rüstəmov Ismayıl Rüstəm oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. O, birinci dəfə 1992 -ci ilin avqust ayının 29 -da, ikinci dəfə isə 1993 -cü ilin oktyabr ayının 25-də ağır yaralanıb. 2-ci qrup müharibə əlilidir.

Müstəqil Azərbaycan Ordusunun hərbi hissələrində müvafiq vəzifələrdə xidmət etdiyi illər ərzində, 2015-ci ildən etibarən isə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Bərdə rayon şöbəsinin sədri vəzifəsini yerinə yetirərkən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi nizamnamələrin, Hərbi andın və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizamnaməsinin tələblərinə, eləcə də vəzifə borclarının yerinə yetirilməsinə məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş tapşırıqlarının yerinə yetirilməsinə məsuliyyət və şərəf hissi yanaşmışdır.

 Kapitan İsmayil Rüstəmov Azərbaycan Ordusunda xidmət etdiyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Veteranları İctimai Birliyinin Bərdə rayon şöbəsinin sədri olduğu illər ərzində xidməti və ictimai vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Müdafiə naziri və onun müavinlərinin, korpus və hərbı hissə komandirlərinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədirinin,Bərdə rayon yerli icra hakimiyəti və yerli özünü idarə etmə orqan, təşkilat rəhbərlərinin  müvafiq əmrləri  ilə döş və yubiley nişanları ilə təltif olunub,bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkur elan edlib və aşağıdakı xatirə medaları ilə təltif edlib.

1.“Böyük zəfər” medalı ilə;

2.”Müharibə Veteranı” medalı ilə;

3.“Milli Ordunun (1918-2018) 100 illiyi” yubiley medalı ilə;

4.“Azərbay can Vətən Müharibəsi Veteranları İctimai Birliyin  25 illiyi  (1994-2019)” yubiley medalı ilə. 


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN , İSMAYIL BƏY!

Bu xəbəri paylaşın: