Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Zaqatala rayon şöbəsinin sədri, müharibə veteranı Ağababayev Elçin Qəhraman oğlunun doğum günüdür. Fevral ayının 25-də onun 55 yaşı tamam olur. Daimi həyatın imtahanlarından alnıacıq və üzüağ cıxan Müharibə Veteranı Elçin Ağababayevi doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, Fədai.az kollektivi, doğmaları, dostları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzu edirlər.
Ağababayev Elçin Qəhranman oğlu 1971-ci ilin fevral ayının 25 də Azərbaycan Respublikasının Zaqatala rayonunun Aşağı — Tala kəndində zəhmətkeş ailədə dünyaya göz açıb. 1988 ci ildə Zakatala rayonun Aşağı- Tala kənd 3 saylı orta məktəbi bitrib, 1989 cu ildə Sovet Ordusunun Strateji raket qoşunlarının Arxangelski vilayətində yerləşən tədris hərbi hissəsində kicik mütəxəsislər kursunu, 1994- cü ildə Zakatala Kənd təsərrüfatı texnikomunu bitrib.
Elçin Qəhraman oğlu Ağababayev 1989- 1991-ci illərdə Sovet Ordusunun strateji raket qoşunlarının Arxangelski vilayətində yerləşən hərbi hissələr də müddətli həqiqi hərbi xidmətdə (əsgər və cavuş rütbəsində) olub.
O, 1992-1993 — cı illərdə Azərbaycan ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrində müvafiq vəzifələrdə Dövlətə və Xalqa sədaqətlə xidmət edib. 1995 – 2000- ci illərdə 20 yanvar şəhidləri ictimai birliyi sədirinin təsərrüfat işləri üzrə müavini olub. Müharibə veteranı Elcin Ağababayev 1992- 2020 -ci illərdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Zakatala rayon şöbəsinin üzvü olub, 2020 — ci ildən etibarən isə AVMVİB-nin Zakatala rayon şöbəsinin sədri vəzifəsindədir.


