Təbrik: İsmayıl Babayev — 71

Bu gün silahdaşlarımızdan birinin — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Quba rayon şöbəsinin sədri, II qrup müharibə əlili, istefada olan kapitan Babayev İsmayıl Mayıl oğlunun doğum günüdür. Fevral ayının 25-də onun 71 yaşı tamam olur.

  Babayev İsmayıl Mayıl oğlu 25 fevral 1954-cü ildə Azərbaycan Respublikasının Quba rayonun Zərdabi qəsəbəsində ziyalı ailəsində dünyaya göz açıbdır. 1972-1974-cü illərdə Sovet Ordusunun Almaniyada yerləşən tank qoşunlarında zabit vəzifəsində, 1979-1991-ci illərdə Quba rayonunda inşaat sahəsi üzrə iş icrası vəzifələrində çalışmışdır.
1992-1996-cı illərdə Könüllü olaraq Azərbaycan ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə bölük komandiri vəzifəsində Vətənə, Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir. 1996 cı ilin dekabr ayından Xəstəliyi ilə əlaqədar Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. O, Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda (Xocavənd istiqamətində) gedən döyüşlərdə yaralanmış və 2-ci Qrup Müharibə Əlilidir. İstefada olan kapitan İsmayıl Babayev 1999-2009-cu illərdə Quba rayonunda Pedoqoji sahədə işləyib. O, 1996-cı ildən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Quba rayonun şöbəsinin sədridir.

İsmayıl Babayev Azərbaycan Ordusunda xidmət etdiyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Quba rayonu şöbəsinin sədr vəzifəsinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə, Azərbaycan Ordusunun Baş Qərargah rəisinin, Korpus, hərbi hissə komandiri və onların müavinlərinin, Azərbaycan Vətən Müharibəsi Veteranları  Ictimai Birliyi sədrinin, Mərkəzi və yerli İcra hakimiyyəti orqanlarının müvafiq əmrləri və qərarları ilə müvafiq medallarla, döş nişanları ilə təltif olunub,bir cox  fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi Babayev İsmayıl Mayıl oğlunu doğum günü münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı arzulayır.

AVMVİB-in Mətbuat ximdəti

Whats-App-Image-2025-02-24-at-20-18-38

Whats-App-Image-2025-02-24-at-20-19-33

Bu xəbəri paylaşın: