AVMVİB-in İsmayıllı rayon şöbəsi tədbirdə iştirak edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi və İsmayıllı Uşaq Gənclər İnkişaf Mərkəzinin (UGİM) birgə təşkilatçılığı ilə 25 fevral 2026-cı il tarixində UGİM-in iclas zalında şəhid ailələri, müharibə veteranları, Mərkəzin ekspert qrupunun üzvləri – şəhid valideyinləri, UGİM-in direktoru Xuraman Qurbanova, habelə İsmayıllı RİH başçısının İsmayıllı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi, məktəblilər, müəllimlər və valideynlərin iştirakı ilə Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbirdə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş soydaşlarımızın, şəhidlərimizin əziz xatirəsi yad edilib. İştirakçılara bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin mahiyyəti barədə ətraflı məlumat verilib, haqq səsimizin dünyaya çatdırılması və soyqırımın beynəlxalq aləmdə tanıdılması istiqamətində görülən işlərdən danışılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi ilə düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisasının alındığı vurğulanıb, işğaldan azad olunmuş torpaqlarımızda yenidən həyatın canlandığı, soydaşlarımızın öz doğma yurdlarına qayıtdığı qeyd edilib. Tədbirdə məktəblilərin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Ümumilikdə tədbir yüksək səviyyədə təşkil olunmuşdur.

AVMVİB-nin İsmayıllı rayon şöbəsinin sədri Bəylər Həlimli

Whats-App-Image-2026-02-25-at-06-33-11

Whats-App-Image-2026-02-25-at-06-33-11-(1)

Bu xəbəri paylaşın: