AVMVİB sədri və veteranlar Milli Qəhrəman Şahin Tağıyevin vida mərasimində iştirak edib

Yanvarın 16-da Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev Hərbi Memorial Məzarlıqda dəfn edilib. Əvvəlcə mərhumla vida mərasimi keçirilib, mərasimdə dövlət və ictimaiyyət nümayəndələri, o cümlədən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin başçılığı ilə AVMVİB-in bir neçə şöbə sədrləri və müharibə veteranları da iştirak edib. Birliyin nümayəndələri Azərbaycanın Milli Qəhrəmanının məzarı önünə gül-çiçək dəstələri düzərək ruhuna dualar oxuyub, mərhuma Allahdan rəhmət diləyiblər. Daha sonra Şahin Tağıyevin nəşi Azərbaycan Respublikasının Dövlət Himninin sədaları və yaylım atəşi altında torpağa tapşırılıb. Milli Qəhrəmanın ruhuna dualar oxunub, məzarı üzərinə gül-çiçək və əklillər qoyulub.

Əslən Şuşadan olan Şahin Talıb oğlu Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində anadan olub. 1988-ci ildə Milli Azadlıq Hərəkatına qoşulub, 1991-ci ildə könüllü olaraq Qarabağ müharibəsində iştirak edib. Leytenant rütbəsində bölük komandiri kimi döyüşlərə rəhbərlik edib, 1992-ci ildə “Qurtuluş” batalyonunun komandiri təyin olunaraq Ağdərə, Tərtər və ətraf istiqamətlərdə gedən döyüşlərdə xüsusi igidlik nümayiş etdirib. Şahin Tağıyev dekabrın 29-da İsveçin Malmö şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib, cənazəsi yanvarın 15-də Vətənə gətirilib.
Allah rəhmət etsin!

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2026-01-16-at-19-49-55-(1)

Whats-App-Image-2026-01-16-at-19-50-49

Bu xəbəri paylaşın: