«Ermənistan hər tərəfi yandırıb, dağıdıb, bunların da hamısı aşkarlanıb, sənədləşdirilib. Edilməsi mümükün olan hər cür barbarlığı ediblər, etməyə də davam edirlər. Arxalarınca mina və əldəqayırma partlayıcı yerləşdirərək buraya gələcək nə qədər məsum insan varsa onların həyatına qəsd təşkil edirlər», Türkiyə Milli Müdafiə Naziri Hulusi Akar belə deyib.
O bildirib ki, «Türkiyədən gələcək əsgərlər bu mövzuda da Azərbaycana kömək edəcək».
«İnşallah oradakı mina və sairi toplayıb, zərərsizləşdirmək surəti ilə qardaşlarımıza zərər dəyməsinin qarşısını almağa çalışacağıq», Hulusi Akar deyib.
Bu xəbəri paylaşın: