Azərbaycan əsgəri daha bir Xocalı cəlladını ələ keçirdi

Bu hadisə, yəni qəhrəman əsgərərimizin, Xocalıda məsum insanları qətlə yetirmiş canilərdən olan Conik Tevosyanı ələ keçirməsi, yadıma 1960-cı il mayın 23-də Mossad agentlərı, 6 milyon yəhudinin ölümündə ittiham olunan Adolf Eyxmanı Argentinada ələ keçirməsini saldı.

Eyxmann mühakimə olunmaq üçün İsrailə aparılmışdı. 1961-ci il dekabrın 15-də İsrail məhkəməsi Eyxmana ölüm hökmü kəsib. İsrail prezidenti İshaq Ben-Tsvi əfv barədə müraciəti rədd edib. 1962-ci il iyunun 1-nə keçən gecə Eyxman Ramle şəhərinin həbsxanasında dar ağacından asılıb. Asılmamışdan dediyi son sözləri belə olub: «Yaşasın Almaniya! Yaşasın Argentina! Yaşasın Avstriya! Mənim həyatım bu üç ölkə ilə bağlıdır və mən heç vaxt onları unutmayacağam. Öz xanımıma, ailəmə və dostlarıma salam göndərirəm. Mən müharibənin qaydalarına əməl etməli idim və bayrağıma xidmət edirdim. Mən hazıram». Edamı həbsxananın işçisi Şalom Naqar həyata keçirib.

Adolf Eyxman İkinci Dünya müharibəsi illərində faşist Almaniyasının İmperiyanın Təhlükəsizliyi Baş İdarəsinin IV B 4 sektorunun rəhbəri olub. Yəhudilərin Şərqi Avropaya deportasiyasına rəhbərlik edib.

Və eyni xislətli erməni faşizminin bir nümayəndəsi ələ keçirilib.

Bu günlərdə erməni tərəfi Azərbaycan əsgərlərinin Şuşanı azad edəndən sonra şəhərdən çıxmağa imkan tapmamış yaşlı şəxsin qolundan tutub apardıqlarını əks etdirən videokadrları yayıb. Həmin qoca azərbaycan dilində əsgərlərə “mən sizə neyləmişəm axı?” deyir.  Erməni tərəfi Azərbaycan hərbçilərinin “80 yaşlı erməni mülki şəxslə qəddar davranışı” barədə dərhal hay küy qaldırıblar.

Əslində bu kadrlarda hər hansı qəddarlıqdan söhbət gedə bilməz və əsgərlər sadəcə olaraq yaşlı erməninin qolundan tutub aparırlar. Beynəlxalq qanunlara görə terrorçu qruplaşmalara üzv olanlar hərbi əsir sayılmırlar və bu baxımdan qanunsuz olaraq bizim ölkəmizdə döyüşlərə qatılan heç bir erməni əsgəri hərbi əsir sayıla bilməz.

Lakin çox keçmədən həmin qocanın əslində günahsız mülki şəxs deyil, 28 il əvvəl, 1992-ci ilin fevralında Xocalıda dinc azərbaycanlıları, qadınları, körpələri qətlə yetirən canilərdən biri Conik Tevosyan olduğu üzə çıxıb. 28 il əvvəl çəkilmiş fotolarda Conik Tevosyan əlində iki ov tüfəngi, damağında siqaret, mülki paltarda dayanıb, onun qarşısında isə körpəsini qucağına alıb qarın içində oturmuş azərbaycanlı qadın var. Digər erməni cəlladları isə həmin qadının ərinin yaxasından tutublar. Azərbaycan hüquq-mühafizə orqanlarının Xocalı soyqırımına görə axtarışa verdiyi canilərin siyahısında Tevosyan 45-ci sırada dayanır.

Conik Tevosyan Sumqayıt ermənisidir, sonradan Dağlıq Qarabağa köçüb və oradakı erməni separatçılarına qoşulub. Xocalı qətliamında iştirak edib və müharibədən sonra Şuşada yaşamağa başlayıb.

Bu gün layiqli cəzasını alacağına əminik və bu prosesi davam etdirməliyik. İlahi ədalət buna deyirlər. Hər bir qatil öz cəzasını alacaqdır. Gec olsa da…

Turan Xaqan

Bu xəbəri paylaşın: