Azərbaycan bayrağı Ağdamda Şahbulaq qalasına sancıldı

İşğaldan azad edilmiş Ağdamda daha bir məntəqəyə Azərbaycan bayrağı sancılıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdən aydın olur ki, qəhrəman əsgərlərimizdən biri bayrağı Şahbulaq qalasının divarlarından birinə sancır, ardınca isə hərbi salam verir.

Qeyd edək ki, Şahbulaq qalası 1751-1752-ci illərdə Qarabağ xanı Pənahəli xan tərəfindən inşa etdirilib.

Xatırladaq ki, xəstə erməni təxəyyülü bu qalanı və ətraf əraziləri «Tiqrankert» elan etmişdilər. Güya nə vaxtsa buralar Tiqran tərəfindən işğal olunubmuş…

Bu xəbəri paylaşın: