Lavrovdan Qarabağdakı durumla bağlı AÇIQLAMA

“Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Dağlıq Qarabağla bağlı əldə edilmiş üçtərəfli razılaşmanın funksionallığı hər gün təsdiqlənir, bölgədəki atəşkəsə tam əməl olunur”.

Bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

O, Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan sazişin bütün öhdəliklərinə əməl edildiyini vurğulayıb.

“Rusiya sülhməramlıları fəal şəkildə və ən qısa müddətdə müvafiq əməliyyatlar həyata keçirdi, həm erməni, həm də Azərbaycan icmaları ilə sıx əməkdaşlıq edir və humanitar problemlərin həllinə kömək göstərirlər”, – deyə Rusiya Federasiyası XİN rəhbəri vurğulayıb.

Bu xəbəri paylaşın: