Erməni leşinə «şəhid» deyən mətbuatımız

Bizim «cahanşümul» əlihəsənovçu jurnalistikamızın müharibə ilə bağlı ara sözündən və adi döyüş informasiyasından qeyri bir analitik yazı paylaşmaması bir yana dursun, bu zavallılar erməni leşlərinə hələ də «şəhid» deyirlər. Allah bəlanızı versin.

 Bacarmadığınız bir işlə niyə məşğul olursunuz? Yoxsa erməni leşləri, doğrudan da sizim nəsliniz üçün «şəhid» sayılır: Nümunəni təqdim edirik: «Müharibənin gərgin vaxtında, Ermənistanın şəhid əlindən tərpənə bilmədiyi bir vaxtda belə bir videonun hazırlanması, təbii ki, Ermənistan xüsusi dövlət strukturlarının Azərbaycana qarşı çirkin informasiya müharibəsi, erməni gənclərini psixoloji cəhətdən toparlamaq cəhdindən başqa bir şey deyildi.» 

Hələlik bu saytların adını açıqlamırıq və inanırıq ki, bu yanlışı düzəldərək xalqımızdan, döyüşçülərdən və şəhid ailələrindən üzr istəyəcəklər. Gözləyirik… 

Elnur Səlim

Bu xəbəri paylaşın: