İran aparıcı nüvə fizikinin öldürülməsi xəbərini yayıb

İran Müdafiə Nazirliyi, aparıcı iranlı nüvə fizikası departamentinin tədqiqat və innovasiya təşkilatının rəhbəri Möhsün Fəxrizadənin öldürüldüyünü açıqlayıb.

Bu barədə məlumatı Rusiyanın «Komsomolskaya Pravda» xəbər verib.

Məlumata görə, Tehranın şimal şərqində yerləşən Absərd şəhərində M. Fəxrizadəyə sui-qəsd edilib, əvvəlcə partlayış törədilib, daha sonra odlu silahdan atəş açılıb. M. Fəxrizadəni xilas etmək mümkün olmayıb. Hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

Əlavə detallar barədə məlumat verməyib.

Elnur Səlim

Bu xəbəri paylaşın: