“Putin Azərbaycan və Ermənistan liderləri ilə daim təmasdadır” — Peskov

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon vasitəsilə intensiv təmasdadır.

Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib. O, Rusiya Prezidentinin Qarabağ nizamlanması prosesində intensiv dialoqda olduğunu, Ermənistan və Azərbaycandan olan həmkarları ilə müntəzəm telefon danışığı apardığını söyləyib.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Putinlə bir saat ərzində iki dəfə telefonla danışdığını, Qarabağ məsələsini müzakirə etdiyini bildirib.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •