Baş nazir Nikol Paşinyan Ermənistan hökumətində çağırışçı ailələrinin üzvləri ilə görüşdü.
İcra orqanının mətbuat xidməti xəbər verir ki, valideynlər xidmət şəraiti ilə əlaqədar hökumət başçısından narahatlıqlarını ifadə etdilər.
Baş nazir ona təqdim olunan problemlərin öyrəniləcəyini və yaxın gələcəkdə insanları maraqlandıran suallara cavab veriləcəyini qeyd etdi.
Cümə günü Ermənistan Müdafiə Nazirliyinin binasının qarşısında, daha sonra hökumət evinin qarşısında Qarabağda xidmətini davam etdirən əsgərlərin valideynləri tərəfindən mitinq keçirildi.
Hakimiyyətdən çağırışçıların Ermənistan vətəndaşları arasından Qarabağdan yenidən Ermənistan Respublikası ərazisinə köçürülməsini tələb etdilər. Valideynlərin dediyinə görə, çağırışçılar yaxınlarına müəyyən bir vəziyyətdə olduqlarını və köməyə və tibbi yardıma ehtiyac duyduqlarını söyləyirlər.
Elnur Səlim