AVMVİB Binəqədi rayon şöbəsinin veteranları qələbə sevincini Fedai.az ilə bölüşdülər.

Torpaqlarımızın işğaldan azad olunması münasibətilə şöbədə əsl bayram ab-havası hiss olunur.
Xalqımız təntənəli şəkildə qələbəni bayram edir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 10 noyabr xalqa müraciət edərək, şanlı Qələbə xəbərini verməsi ölkəmizin hər yerində olduğu kimi, Binəqədi rayon vetreranları arasında da bayram sevinci ilə qarşılayıb. Binəqədi rayon veteranları Qələbənin əsl sevincini yaşayırlar.
Onlar bu sevinci və qürur hisslərini onlara yaşatdığına görə dövlətimizin başçısına minnətdarlıq edirlər. AVMVİB Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov bu şanlı tarixi söz ilə belə ifadə etdi: “Bizi bu xoşbəxtliyə qovuşduran xalqımızın mətin iradəsi, Ordumuzun yenilməz rəşadəti, Müzəffər Ali Baş Komandanımızın misilsiz cəsarəti oldu”.
Mərdan Ələsgərov bildiri ki, müharibəyə könüllü olaraq yazılsa da yaş həddinə görə iştirak etməyə icazə verməyiblər. Lakin torpaqlarımızın azadlığı istiqamətində Vətən savaşı aparan rəşadətli ordumuza maddi dəstək də olduqlarını da bildirdi. Şöbə sədri sonda Qələbə mübasibəti ilə təbrikini çatdırdı. O, dedi: “Mən öncə bu böyük, tarixi qələbə günü münasibəti ilə xalqımızı təbrik edirəm.
Bu tarixi zəfər Azərbaycan ordusunun, onun Ali baş Komandanın, bütün Azərbaycan xalqının qələbəsidir. Qələbə Vətənin müdafiəsi naminə canlarını əsirgəmədən döyüşərək,həqiqi vətənpərvərlik nümunəsi göstərən əsgər və zabitlərimizin rəşadətinin və ölkəmizin son illərdə siyasi, iqtisadi, diplomatik, ordu quruculuğu və digər sahələrdə əldə etdiyi uğurların nəticəsidir”. Qarabağ qazisi Mərdan Ələsgərov, şəhid analarının önündə baş əydiyini və yaralanmış qazilərimizə şəfalar dilədiyini qeyd etdi.
Qarabağ Azərbaycandır!
Elnur Səlim
