Rusiya olanda çox erməniləri haradan tapır?

Ermənilər yenidən Dağlıq Qarabağa geri qaytarılır.

Sputnik Armeniya  saytının  məlumatına  görə, Rusiya  sülhməramlılarının  iştirakı  ilə  sutka  ərzində 2431  adam  geri  qaytarılıb.

Məlumatda həmçinin  qeyd  olunur  ki, noyabrın 14-dən  bu  günə  kimi  23514 nəfər  geri  dönüb. Onlar  Xankəndində  yerləşdirilib.

Xatırladaq ki, əldə etdiyimiz məlumata görə, Ermənistan ordusunun qanunsuz olaraq bölgəyə yerləşdirilmiş hərbçiləri əsasən Xankəndində 2 illik qeydiyyata alınırdılar. Ən son siyahıyaalmaya görə Xankəndində 49.848 nəfərin yaşadığı göstərilib. Ermənistan Qarabağdakı hərbi hissələrdə xidmət edənlərin sayını 25-35 min nəfər arasında olduğunu bildirib. Belə çıxır ki, ən yaxşı halda Xankəndində 24 min və yaxud da 19 min mülki şəxs yaşayıb. Belə çıxır ki, Rusiyanın «sülh» məramsızları haradansa erməni alıb gətirməyə başlayıblar. Faktı yoxlamaq üçün yalnız erməni mənbələrindən istifadə etmişəm və buraya zabit ailələrini də əlavə etsək yerli ermənilərin əksəriyyətinin bölgəni tərk etdiyini və Rusiyaya getdiklərini görərik.

Rusiyanın Araiklə selfi çəkdirən sülh məramsızları bölgədə mina təmizləmək missiyasını öz üzərinə götürsə də indiyədək təhvil verilmiş ərazilərdə ermənilərin «itirdiyi» bir ədəd mina da tapmayıblar. Haykanuşa su daşımaqla nə yaradacağı bəlli olmayan bu hərbi birləşmə ölkəmizin qanunlarına riayət etməsə anti Rusiya ovqatı daha da sərtləşəcək.

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: