Üçtərəfli bəyanata əsasən Ermənistanın işğal etdiyi Laçın rayonu dekabrın 1-dən Azərbaycana təhvil verilir.
Bu rayonda yaşayan ermənilər də Kəlbəcər və Ağdamdakı kimi barbar hərəkətlərini davam etdirirlər. Belə ki, saat 00.00-a kimi rayonu boşaltmaq məcburiyyətində qalan ermənilər evlərini yandıraraq tərk edirlər.
Sosial şəbəkələrdə erməni qız tərəfindən yayılan kadrlar da onların bu əməlini sübut edir.
Bu xəbəri paylaşın: