BƏƏ-nin, nənəsi erməni vəliəhdindən Ermənistana hərbi dəstək — 300 tank dəyərindən aşağı satılacaq

Birləşmiş Ərəb Əmirlikləri Ermənistana dəyərindən ucuz tanklar satacaq. 

Bu barədə, Ermənistan mətbuatı açıqlama yayıb. Bildirilib ki, Birləşmiş Ərəb Əmirlikləri Belarusdan 350 dənə T-62 və T-72 tankı sifariş verib. Onlardan 300-ü ucuz qiymətə Ermənistana satılacaq.

Qeyd edilib ki,  bu razılıq  hər iki tərəfin  görüşü zamanı  əldə edilib.

Xatırladaq ki, iki həftə əvvəl Ermənistan prezidenti Armen Sarkisyan Birləşmiş Ərəb Əmirliklərinin erməni əsilli vəliəhdi Məhəmməd bin Zayedlə görüşüb.

Görüşdə iki ölkə arasındakı əlaqələrin inkişafı, Mərkəzi Asiya və Qafqazdakı regional məsələlər və inkişaflar müzakirə edilib.

Qeyd edək ki, müxtəlif erməni mənbələri iddia edirlər ki, indiki Əbu-Dabi əmiri, BƏƏ prezidenti şeyx Xəlifə ibn Zahid əl-Nahayyanın ana tərəfi ermənidir. Bu xətlə onlar həm də Səudiyyə kralı Samanla da qohumdurlar, erməni mətbuatı kral Salmanın da anasının erməni olmasından yazırlar. Həmçinin Qarabağda və Ermənistanda xeyli kilsə təmir etdikləri barədə məlumat vermişdik. Tanrı İsraili qorusun!

Türkay Xaqan 

Bu xəbəri paylaşın: