Müharibə veteranları Laçının azad olunmasını coşquyla qarşıladılar

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları Bəyanata uyğun olaraq, bu gün Laçın rayonu Azərbaycana qaytarılmasını müharibə veteranları coşquyla qarşıladılar.

Şəhidlər Xiyabanını ziyarət edən müharibə veteranları Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyevin rəhbərliyi ilə Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər. 28 illik Laçın həsrətinə son qoyuldu.

Qarabağ Azərbaycandır!

E. Səlim

Bu xəbəri paylaşın: