Erməni mətbuatında bu informasiyanı oxuduqdan sonra doğrusu bizim ləğv etdiyimiz qondarma «arsax»ın hələ də mövcud olduğunu bir daha təsdiqləndi. Erməni quldur dəstələri meşələrdə və rus ayısının himayəsi altındakı hərbi hissələrdə xidmət keçməkdə, qisasını aldığımız dediyimiz Xocalıda ruslar hərbi cinayətə şərik olduqları ərazilərdə özlərinə əbədi iqamətgah tikməkdəykən biz rahat və seyrçi qala bilmərik. Düşmənin 16 minlik qanunsuz dəstələri Azərbaycan ərazilərindədir və bir gün rus işğalçı ordusuyla hərbi təlim keçirsə təəccüblənməyin. Yürüşdə rus bayrağınızı qaldırıb şənlənin.
Bu torpağın hər qarışına şəhid qanı tökülüb. Rusiya bilməlidir ki, bu problemin yeganə həlli bu torpaqdan onsuz da rədd olub getmiş, rus pisliyi olan hayların köçüb getmələridir. Bu belə olacaq. Makiavelli deyirdi ki, müharibəni ertələmək olar, amma dayandırmaq olmaz. RF tələsik ermənilərə birgə bizə qarşı uğursuz şəkildə işlətdiyi S-300-ləri Ermənistana gətirir və ruslar tam bir erməni həyasızlığı ilə tərəfsiz qaldıqlarından dəm vururlar. Tərəfsiz idisə, 102-ci bazanın S-300-ləri niyə cəhənnəmə vasil edilib? Bu barədə geniş araşdırmanı tezliklə diqqətinizə çatdıracağıq…
«9 Noyabrda imzalanan razılaşma səbəbindən «Artsax» büdcəsinə ən böyük vergi gəlirlərini təmin edən şirkət olan «Kaşen» yatağının və Heyvalıdakı (Drmbondakı) mis-qızıl mədəninin operatoru ciddi problemlə üzləşib».
ARF Daşnaktsutyun Bürosunun İqtisadi Tədqiqatlar Bürosunun məsul iqtisadçısı Suren Parsyan bunu NEWS.am saytına verdiyi açıqlamasında söylədi.
Məsələ burasındadır ki, şirkət istehsalat işləri üçün lazımlı suyu 6 digər kəndlə birlikdə Azərbaycana köçürülən Ağdərə (Mardakert) rayonunun Mollalar (Nor Marağa) (bu kənd Ağdam rayonuna məxsusdur -red.) kəndindəki su anbarından alırdı.

İqtisadçıya görə şirkət nasos stansiyalarını kənddən çıxartsa da, hazırda alternativ su mənbəyi yoxdur. “Artsax» rəhbərliyi Azərbaycan tərəfi ilə danışıqlar aparmasa, bu su təchizatını bərpa etməsə, o zaman bu mədənlərin sonrakı istismarı sual altına alınacaq.
Başqa bir yerdən su təmin etmək isə əlavə bir xərc və zaman tələb edir, təxminən 7-8 ay vaxt lazımdır”-dedi. Əmindir ki, indi «Artsax» iqtisadiyyatı üçün bir nömrəli vəzifə, bu mədənlərin istismarını təmin etmək olmalıdır.
“Qarabağdakı ən böyük vergi ödəyən şirkətlər qrupuna Base Metals şirkətinin də daxil olduğu Vallex Group QSC-dir. Kaşen yatağını və «Artsax»dakı Heyvalıdakı (Drmbondakı) mis-qızıl mədənini istismar edir.
“2019-cu ildə bu şirkət 18,7 milyard dram vergi ödəmişdir ki, bu da Artsaxın vergi gəlirlərinin təxminən 32% -ni təşkil edirdi, yəni fəaliyyətinin dayandırılması respublika büdcəsinin üçdə biri azalmasına səbəb ola bilər. Bundan əlavə, bu şirkət ölkənin ixracatının 60% -ni təmin edir və təxminən 1400 iş yeridir ”-deyə Parsyan qeyd eləyib.
İqtisadçı eyni zamanda razılaşma nəticəsində «Artsax»da fəaliyyət göstərmək üçün lisenziyalı 15 mədəndən 13-nün Azərbaycanın nəzarətinə keçdiyini və bunun Qarabağ iqtisadiyyatına böyük zərbə vuracağını söylədi. (News.am)
P.S. Ermənilər Heyvalıdakı və Gülyataqdakı qızıl mədənlərini Kanada şirkətləri ilə birgə talan etmələri barədə yazı təqdim etmişdik. Həmçinin daha bir Kanada şirkəti olan “Cochrane Pond” (Kanada) isə Ağdərədə təbii sərvətlərimizi talamaqla məşğuldur. Adı çəkilən şirkətin Gülyataq-Cənyataq-Xatınbəyli qızıl yatağını istisaretməsi barədə məlumatlar mövcuddur və həmin şirktə məxsus zavodların peyk görüntülərini diqqətinizə çatdırırıq.
Fedai.az Araşdırma Qrupu




