Vətən müharibəsi şəhidlərinin xatirəsi sabah 12:00-da bir dəqiqəlik sükutla yad ediləcək — Sərəncam

Prezident İlham Əliyev Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında sərəncam imzalayıb.

Fedai.az xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükut elan edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

P.S. Sosial şəbəkələrdə Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi məşhur Xarı bülbül çiçəyinin simvolu ilə həyata keçiriləcəkdir.

Bu xəbəri paylaşın: