8 Noyabr bayram günləri siyahısına daxil ediləcək

Zəfər Günü Azərbaycanda bayram günləri siyahısına daxil edilir.

Fedai.az xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir.

Dəyişikliyə əsasən, noyabrın 8-i Zəfər Günü olaraq bayram günləri siyahısına daxil edilir. Qanun dəyişikliyin yaxın günlərdə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacağı nəzərdə tutulur.

Bu xəbəri paylaşın: