Bu yaxınlarda Fransa Senatında qəbul edilmiş Prezident Olivier Dzorun başçılıq etdiyi Fransa Sosialist Partiyasından olan nümayəndə heyəti Qarabağdadır. Erməni xeyriyyə təşkliatlarının nümayəndələri də onların yanındadır.
Bu məlumatı axtarışda olan cinayətkar quldurbaşı Araik Arutyunyan öz facebook səhifəsində paylaşıb.
Bildirinb ki, Fransa Sosialist Partiyası qondarma rejimin tanınmasını irəli sürən bir partiyadır, «arsax»ın tanınması onların səyiylə qəbul edildi.
Fürsətdən istifadə edərək onları qəbul etdim və hazırlıqlarına görə xalqımız adından minnətdarlığımı bildirdim-deyə Araik Arutyunyan yazıb.
Fransaya qarşı diplomatik tədbirlərin görülməsi vacibdir. Ən azı Total şirkətinə bir salam verə bilərik…
P.S. Həm də Rusiya «işğal məramlılarından», (özləri SM adı qoyublar) bu qanunsuz səfərin və qanunsuz bir rejimin fəaliyyəti ilə bağlı hesab sormalıyıq…



