Bu gün mülki geyimli azərbaycanlı hərbçilərin Vardenisdəki restoranların birində nahar etdikləri barədə müxtəlif mənbələrdən məlumat alırıq.
Virtualaz.org məlumatına görə, bunu Çiçəklənən Ermənistan Partiyasından olan millət vəkili İveta Tonoyan Ermənistan Milli Məclisinin iclasında bəyan edib.
Onun sözlərinə görə, eyni mənbələr Azərbaycan əsgərlərinin Vardenisin mağazalarında alış-veriş etdiklərini bildirmişlər.
Millət vəkili bildirib ki, Azərbaycan hərbçiləri özlərini olduqca sərbəst hiss edir.
Bu xəbəri paylaşın:
