Tərxis olunmuş iki əsgər (qonşudular) Göyçaya çatar-çatmaz, marketə olan borcunu bağlamağa yollanırlar.
İkisinin (ailəsinin) toplamda 700 manatdan çox borcu olub. Marketin sahibi götürməyib, üstəlik ciblərinə də pul qoyub ki, müalicə olunsunlar. And-aman ediblər ki, 1080 manat varımızdı, xeyri olmayıb.
Evlərinə gələndə öyrəniblər ki, bu aylar ərzində həmin marketin sahibi evlərinə çörəkdən tutmuş yağa kimi hər şeyi təmənnasız verib. Üstəlik, kommunal xərcləri də ödəyib.
P. S. Bir neçə ay bundan öncə bir nəfərin evi yanmışdı. Həmin qardaş ailənin evini tikdirmişdi.
Ilkin Ahmad (Fb)
Bu xəbəri paylaşın:
