Koronavirus pandemiyasına baxmayaraq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə sıx təmasda olub. Prezidentlər bu il üç dəfə şəxsən görüşüb, Astana formatında videokonfransda iştirak edib və iyirmiyə yaxın telefon danışığı həyata keçirib.
Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Türkiyə-Rusiya Ortaq Strateji Planlaşdırma Qrupunun VIII iclasında açıqlayıb.
O bildirib ki, türk həmkarı Mövlud Çavuşoğlu ilə iki ölkənin prezidentlərinin gələn il üz-üzə görüşünə hazırlıqla yanaşı, Qara dəniz, Yaxın Şərq və Qafqaz bölgələrindəki vəziyyəti müzakirə qurmaq ətrafında da fikir mübadiləsi aparacaq: “Zəngin beynəlxalq gündəmimizdə Suriya nizamlanması, Liviya, Yaxın Şərqin digər bölgələri və Dağlıq Qarabağ mövzusu var. Etibarlı dialoqumuza çox dəyər veririk”.
Çavuşoğlu, öz növbəsində, Türkiyə və Rusiya prezidentləri arasındakı sıx dialoqun və aralarındakı qarşılıqlı inamın yalnız ikitərəfli münasibətlərin deyil, regional əlaqələrin də inkişafına xidmət etdiyini vurğulayıb.

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın gələn il Türkiyədə görüşü baş tutacaq.
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun VIII iclasında belə deyib.
Türk nazir Soçidəki danışıqlar zamanı rusiyalı həmkarı Sergey Lavrov ilə iki ölkənin liderləri arasında görüş hazırlığı müzakirə etmək niyyətində olduğunu bildirib.
“Prezidentlərimiz arasında sıx dialoq, aralarındakı münasibətlərdə qarşılıqlı inam yalnız ikitərəfli deyil, həm də regional əlaqələrin inkişafına xidmət edir. Bu gün prezidentlərimizin gələn il Türkiyədə keçiriləcək zirvə görüşü üçün hazırlıqları həyata keçirəcəyik”, — nazir qeyd edib.
O, Ankaranın Moskva ilə sıx dialoqdan və nazirliklərin onu dəstəkləmək üçün fəal işindən məmnun olduğunu qeyd edib: “Əlbəttə ki, ticarət, mədəniyyət, turizm, enerji sahələrində əlaqələrimizin genişlənməsindən çox məmnunuq”.
