Rus ordusu separatçıları “qaçqın” adıyla Xankəndinə daşıyır — Video

Qarabağın dağlıq hissəsində «etnik erməni çoxluğu»nun bir uydurma olmasını ilk araşdırıb yazan Fedai.az saytıdır.

Bu bir rus və hay uydurmasıdır. Son 100 ildə bu kartdan istifadə ediblər. İlahi ədalət öz yerini tutub. Hazırda erməni sayı 40 min və bu bölgədə yaşayan azərbaycanlı sayı ən azı 105 min nəfərdir. Rusiya etnik çoxluğun hüququnu illərcə «sevdiyi» üçün təcili azərbaycanlıların Xankəndə, Ağdərəyə, Xocalıya köçünə başlamalı və yaxud da öz erməni azlığını götürərək çıxıb getməlidir.

Rus sülhməramlıları Ermənistan ərazisindən Dağlıq Qarabağa qaytarılan başqa bir “qaçqın kolonu”nu müşayiət edib. Teleqraf.com xəbər verir ki, gün ərzində İrəvandan Xankəndiyə 273 erməni avtobuslarla təhvil verilib. Avtobusların hərəkəti Rusiya sülhməramlı kontingentinin və hərbi polisin patrulları ilə müşayət olunub.

Əldə etdiyimiz məlumata görə daşımağa erməni tapmayan Rusiyanın «sülh qarğaları» bölgədəki terrorçu qrupların məzuniyyətə gedib gəlişini təmin etməklə məşğul olurlar. Onlar mülki forma geyinərək 7 günlük Errmənistandakı evlərinə gedir və sonra da rusların müşaiyəti ilə Qarabağa gətirilirlər. Bununla ruslar qaçqın daşıma görüntüsü yaradır və vaxt qazanmağa çalışırlar. Erməni diasporası ilə bölgəyə digər ölkələrdən erməni köçü təşkil etməyə çalışırlar. Bu cinayətlərin qarşısını almaq üçün Laçın koridorunda ən azı birgə nəzarəti və koridorda azərbaycanlıların öz doğma evlərinə qayıdışını təmin etməliyik.

Bir ölkənin qanunlarının hansısa bir bölgədə işləməsinə maneçilik törətmək, yerli sakinlərin öz yurdlarından köçkün salmaq beynəlxalq cinayətdir və bu cinayətin 90-cı illərdən tək müəllifi Rusiyadır.

Bu günlərdə Ermənistanın prezidenti Armen Sarkisyan Moskva vilayətinin erməni icması ilə görüşdə Qarabağda cəmi 40 min erməni yaşadığını öz çıxışında təsdiqləyib və ermənidən çox erməni olan rus faşizmi isə artıq 50 mindən dəm vurmaqdadırlar. Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun Qarabağın status məsələsi barədə dediklərini ciddiyə almaq lazımdır. Bu ruslardan, heç ataları Batı xan xeyir görməyib. Bizim biveclər elə zənn edirlər ki, «rusun nadan mujik ağlı» daha yoxdur. Bu ölkə bütün dünyaya faciələr törətmək üçün gəldiyini unutmayın. Heç olmasa bu gün qatillərin hava limanı açdığı Xocalı qətliamını unutmayın…

Pensiya ala bilməyən, boşalan və məhv olan rus kəndlərini qoyub, blokadadan əziyyət çəkən rus xalqının boğazından kəsərək erməni separatizmini və terrorizmini yedirən bir ölkənin gələcəyi yoxdur. Əgər onu Qafqazda tapacağına inanırsa böyük yanlışa düşmüşdür. Rusiya əndazəsini bilməyən bir dövlətdir və artıq rus xalqı da bunu dərk etməkdədir. Sosial şəbəkələrdən bir yazını diqqətinizə çatdırmaq istərdim. Andrey Viktoroviç adlı bir rus status paylaşımında yazır: «İnsanlıq itibmi? Məgər onlarda (ermənilərdə-red.) nə vaxtsa insanlıq olubmu??? Saqqallı birisi deyir ki, hələ 4-cü müharibə də olacaq. Mənim qardaşım orada sülhməramlı kimi xidmətdədir. Bizim sülhməramlılar və dövlətimiz günaşırı ermənilərə humanitar yardımlar çatdırır. Erməni qadınlar (ərli və yaxud ərsiz fərq etməz), hər gün bizim əsgərlərin yanındadırlar. Qardaşımla danışdıqdan sonra Qafqaz və onun sakinləri haqqında təsəvvürlərim tamam dəyişdi»…

Əlavə şərhə ehtiyac varmı. 90-cı illəri unutmayın. Nə erməni, nə də rus dəyişməyib. Qozbelin qəbirdə düzəlməsi deyimi isə bir yalandır…

Xaqani Ədəboğlu

AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Bu xəbəri paylaşın: