Rusiyanın Qarabağdakı sülhməramlıları atəş hazırlığı dərsləri keçiblər

BBC-nin yazdığına görə, Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin hərbi qulluqçuları müntəzəm döyüş hazırlığı çərçivəsində Xankəndi və Ağdərə poliqonlarında bir sıra təlim tapşırıqlarını yerinə yetiriblər.

Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, atəş hazırlığı müddətində hərbçilər avtomat və pulemyotlardan, snayper tüfənglərindən, tank əleyhinə qumbaraatanlardan müxtəlif növ hədəflərə atəş ediblər.

Ümumilikdə 200-ə yaxın rus hərbçinin döyüş hazırlığına cəlb olunduğu qeyd olunub.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri Qarabağda atəşkəs barədə bəyanat imzalayıblar.

Bu bəyanata əsasən Rusiya sülhməramlıları Qarabağda atəşkəsin qorunmasına nəzarət edirlər.

P.S. Bu informasiyaya Zatulin kimi bir şərəfsizin də dediklərini əlavə etsək, demək olar ki, pişiyin quyruğu görünməkdədir…

Bu xəbəri paylaşın: