Haqqında cinayət işi qaldırılan Semyon Peqov Azərbaycandadır…

Azərbaycan Baş Prokurorluğu qanunsuz olaraq Azərbaycanın işğal edilmiş ərazilərində olan Wargonzo layihəsinin müəllifi, RF vətəndaşı Semyon Peqova qarşı cinayət işi açıldığını hər kəs bilir.

Prokurorluq Peqovun Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar yer alan videoçarxlarını təhlil edib. Bu, Peqovu Ermənistanda və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə cinayət əlaqəsinə girib cinayətkar birlik tərkibində birləşərək Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməkdə şübhəli bilmək üçün əsas verib. O, Dağlıq Qarabağda qanunsuz separatçı rejimi dəstəkləmək üçün Ermənistan ərazisindən Azərbaycanın işğal edilmiş ərazilərinə keçib.

Peqov öz reportajlarında erməni könüllülərlə söhbət edir, terrorçu qruplaşmaların üzvlərindən müsahibə götürür, Rusiya vətəndaşlarını döyüş əməliyyatları zonasına gəlməyə və Ermənistana kömək etməyə çağırır.

Faktla bağlı Azərbaycan Baş Prokurorluğu CM-in 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi açıb.

Baş Prokurorluq Rusiyanın səlahiyyətli qurumlarına hüquqi yardım haqqında sorğu göndərib. Lakin Putinin informasiya məkanı erməni işğalında olması kimsəyə sirr deyil. Yəni ermənilər bu məkanı saxta və yalan erməni ruporlarına çeviriblər.

Semyon Peqov ağası Qabrelyanın əmri ilə yenidən Azərbaycanda öz təxribatçı fəaliyyətini bərpa edib. Krasnodar-Moskal Erməni Respublikasının (oxu-RF) «sülhməramlıları»nın iri çaplı silahlarla təlimlərini seyr edən bir cinayətkarın yerini də dəqiqləşdirdik. Bloger adıyla ölkəmizə qarşı pozuculuq işləri və təxribatlar törədən Semyon Peqov Xankəndidəki Nelson Stepanyan küçəsində yerləşən National Artsakh Hoteldədir və otelin əlaqə üçün telefon nömrəsi +374 47 970770-dır.

Rüstəm Murodov və onun «sülhməramlı» bandası boş dərələrdə başlarına çaqqal-çuqqal yığmaqla məşğuldurlar. Bəyannamədə azərbaycanlılara aidiyyatı olan heç bir bənd həyata keçirilmir. Etnik erməni azlığının xidmətində duran rus bandası bəyannaməyə görə daxili kommunikasiya və yolları aça bilməyən bir kontingent olması artıq üzdədir və belə bir gərəksiz kontingentin bölgədə olması artıq qısa vaxt ərzində təhlükəyə çevrilməkdədir. Üstəlik, Krasnodar-Moskal Erməni Respublikası (oxu-RF) öz efir məkanında anti Azərbaycan fəaliyyətinə son qoya bilmirsə, burada onun sülh missiyasına tüpürmək lazımdır.

Yekun olaraq bir daha bildiririk ki, AR Baş Prokrorluğunun axtardığı Peqov adlı ünsür Azərbaycandadır. Özü də erməni və rus bandalarının qarşılıqlı əlaqələrindən danışır. Bunun üçün Rusiyaya deyil, elə özümüzə müraciət etməyimiz daha məsləhətlidir.

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: