Azərbaycan Prezidenti İlham Əliyev Teymur Əhmədovun «Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəcnam imzalayıb.
Sərəncamda deyilir:
«Azərbaycan Respublikasında jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Teymur Əkbər oğlu Əhmədov «Şöhrət” ordeni ilə təltif edilsin».
***
Azərbaycan Prezidenti İlham Əliyev Elman Məmmədovun «Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunub: «Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Elman Camal oğlu Məmmədov «Şöhrət” ordeni ilə təltif edilsin».
***
Azərbaycan Prezidenti İlham Əliyev Tənzilə Rüstəmxanlının «Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
«Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə Tənzilə Yolçu qızı Rüstəmxanlı «Şöhrət” ordeni ilə təltif edilsin».
***
Azərbaycan Prezidenti İlham Əliyev Mənsum İbrahimovun «Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
«Azərbaycan milli musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə Mənsum İsrafil oğlu İbrahimov «Şərəf” ordeni ilə təltif edilsin.
***
Sərəncamda deyilir:
«Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Həsən Əziz oğlu Həsənov «Şöhrət” ordeni ilə təltif edilsin».
***
Azərbaycan Prezidenti İlham Əliyev Vahid Cəfərova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. Azərbaycan ədəbiyyatının inkişafında səmərəli fəaliyyətinə görə Vahid Əziz oğlu Cəfərova (Vahid Əzizə) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
İlham Əliyev Nailə Vəlixanlının «Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur:
«Azərbaycan Respublikasında elmin inkişafında böyük xidmətlərinə görə Nailə Məmmədəli qızı Vəlixanlı «Şərəf” ordeni ilə təltif edilsin».
***
İlham Əliyev Kamal Abdullayevin «Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
«Azərbaycan Respublikasında elm və təhsilin inkişafında böyük xidmətlərinə görə Kamal Mehdi oğlu Abdullayev «Şərəf” ordeni ilə təltif edilsin».
