Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: «Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşları təltif edilsinlər.»
Təltif olunanlar arasında Azərbaycan Respublikası Hərbi Prokurorluğunun əməkdaşları da var.
Xatırladaq ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq, Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində tərəflər arasında irimiqyaslı hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun əməkdaşları yaxından iştirak edib və bu haqq mübarizəsində öndə olmuşlar. Təltif olunanları bir daha AVMVİB adından təbrik edir və gələcək fəaliyyətlərində uğurlar diləyirik.

Kazımov Rasim Sadıq oğlu
Hərbi prokurorun müavini, «Vətən uğrunda» medalı ilə təltif olunub.

Məmmədov Fuad Kamil oğlu
Hərbi prokurorun müavini, «Vətən uğrunda» medalı ilə təltif olunub.

Əhmədov Bəhruz Vidadi oğlu
Hərbi Prokurorluğunun İstintaq idarəsinin rəisi, «Vətən uğrunda» medalı ilə təltif olunub.

Hacıyev Elçin Süleyman oğlu
Füzuli hərbi prokuroru, «Vətən uğrunda» medalı ilə təltif olunub.

Həsənov Natiq Xansuvar oğlu
Hərbi Prokurorluğunun İdarə rəisi, «Vətən uğrunda» medalı ilə təltif olunub.
Həmçinin, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun əməkdaşları Ələsgərov Elvin Əvəz oğlu, Qasımov Emin Səlim oğlu, Məmmədov Fuad Kamil oğlu, Nuriyev Tural Ənvər oğlu və Səfərov Əli Məmməd oğlu da «Vətən uğrunda» medalı ilə təltif olunublar.
Təbrik edirik!
Nurlan Məmmədli
