Bu gün Azərbaycanda koronavirus infeksiyasına daha 421 yoluxma faktı qeydə alınıb, 3645 nəfər müalicə olunaraq sağalıb, 33 nəfər vəfat edib.
Beləliklə, ötən günün statistikası ilə müqayisədə sutka ərzində sağalanlar yoluxanlardan sayca azı 8 dəfə çox olub.
Nazirlər Kabineti yanında Operativ Qərargah yanvarın 2-də bildirib ki, indiyədək ölkədə ümumilikdə 219 min 462 nəfərin koronavirus infeksiyasına yoluxması faktı aşkar olunub.
Onlardan 191 min 925 nəfər müalicə olunaraq sağalıb, 2703 nəfər vəfat edib.
Bu xəbəri paylaşın:
