İran rəsmisinin ermənicə Yeni il təbriki

“Qarabağ müharibəsində İran bizim yanımızda olmadı”.

Bunu qaynarinfo-ya açıqlamasında politoloq Fərhad Mehdiyev İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabeinin “Twitter” hesabında erməni dilində yazdığı Yeni il təbrikini şərh edərkən deyib. Onun fikrincə, Əli Rabeinin bu hərəkəti də onun bir göstəricisidir:

“Əgər biz onun özündən soruşsaq ki, niyə erməni dilində təbrik yazmısınız, deyəcək ki, İranda ermənilər yaşayır, onlar bizim vətəndaşımızdır və mən də onların dilində təbrik etmişəm. Bunlar qeyri-səmimi ifadələrdir. Bu, inandırıcı deyil. Çünki İranda azərbaycanlılar, kürdlər də yaşayır. Mən inanmıram ki, Əli Rabei azərbaycanlıları və kürdləri öz dilində təbrik eləsin. Bu gün biz rahatca deyə bilirik ki, onlar vətən savaşında bizimlə olmadılar”.

 İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabei Twitter-dəki akkauntunda Yeni il təbrikini erməni dilində yazıb. O,  “Yeni ıliniz mübarək! Ümid edirəm ki, 2021-ci il bütün dünyada insanlar üçün səadət və sağlamlıq ili olacaq”, – deyə təbrikində bildirib.

Bu xəbəri paylaşın: