Toplantıda Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla sabahkı görüşü ərəfəsində Rusiya Prezidenti Vladimir Putin tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edildi.
Toplantıda Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin iştirak edirdilər.
Qeyd edək ki, Nikol Paşinyanın görüşdən YAYINMA ehtimalını və təhlükəsizliyinin təmin olunmasını nəzərə alaraq, onun Moskvaya gəlməsi üşün xüsusi təyyarə Rusiya tərəfindən təmin edilmişdir.
İrəvanda isə N. Paşinyanın Moskvaya getməsinin qarşısını almaq üçün keçmiş «Arabo» erməni könüllülər dəstəsinin komandiri M. Yeğiazaryan və «Vətən» partiyasının aktiv üzvü Arsen Babayan xüsusi dəstələr hazırlamışlar. Onlar ayın 11-də səhər saat 8:00-da «Zvartnots» hava alanına gələrək Paşinyanın Moskvaya uçmasına icazə verməyəcəklərini elan etmişlər.
İSMAYIL TANRIVERDİ
BDU-nun erməni araşdırmaları Elmi tədqiqat və Tədris Mərkəzinin Böyük elmi işçisi



