İlham Əliyev Rusiyadadır

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərdədir.

Fedai.az xəbər verir ki, Moskvanın “Vnukovo-2” Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da artıq Moskvadadır.

Tərəflər arasında görüş yerli vaxtla 13:00-14:00 radələrində baş tutacaq.

Görüş zamanı tərəflər Qarabağ ətrafındakı vəziyyəti, habelə məhkumların geri qaytarılması və rabitənin blokadadan çıxarılması məsələsini müzakirə edəcəklər. İşğaldan azad olunmuş ərazilərə nəzarətin rəsmi şəkildə Azərbaycana geri qaytarılmasına dair müqavilənin imzalanması gözlənilir.

Bu xəbəri paylaşın: