Qəhrəmanlıq; saldırıb bir daha dönməməkdir…

Hüseyin Nihal Atsız

Qəhramanlar can verir
Yurdu yaşatmaq üçün…

Bu gün Tükçülük, Turançılıq ideyasının böyük savaşçısı, nəhəg fikir və düşüncə adamı Nihal Hüseyn Atsızın doğum günüdür!

Qəhrəmanlıq

Qəhrəmanlıq nə yalnız bir yüksəliş deməkdir,
Nə də ulduzlar kimi parlayıb sönməməkdir.
Ölməzliyi düşünmək boşuna bir əməkdir;
Qəhrəmanlıq; saldırıb bir daha dönməməkdir.

Sızlasa da könüllər düşənlərin yasından
Koşar adım getməli onların arxasından.
Qəhrəmanlıq; içərək acı ölüm tasından
İrəliyə atılmaq və sonra dönməməkdir.

Yırtıcılar az yaşar… Uzun sürməz doğanlıq…
Hər ışığın ardında gizlidir bir qaranlıq.
Adsız, sansız olsa da, ən büyük qəhrəmanlıq;
Göz qırpmadan saldırıb bir daha dönməməkdir.

Qəhrəmanlıq nə yalnız bir yüksəliş deməkdir,
Nə də ulduzlar kimi parlayıb sönməməkdir.
Bunun üçün ölümə bir atılış gərəkdir.
Atıldıqdan sonra bir daha dönməməkdir…

Qəhramanlar can verir…


Şəhid tayyarəçi Kurmay yüzbaşı Kaminin əziz xatirəsinə

Gərilir zorlu bir yay
Oxu fırlatmaq üçün;
Gecə göydə doğar ay
Yüksəlib batmaq üçün.
Məcnun inlər, qanını
Leylaya qatmaq üçün.
Cilvələnər sevgili
Könül qanatmaq üçün.
Şair nədən qəm çəkər?
Şeir yaratmaq üçün.
Dağda neçin bağırılır?
Fələyə çatmaq üçün.
Açılır dadlı güllər
Arılar dadmaq üçün.
Tanrı qızlar yaratmış
Ərlərə satmaq üçün.
İnsan büyür beşikdə
Məzarda yatmaq üçün.
Və………………………
Qəhramanlar can verir
Yurdu yaşatmaq üçün…


1931 Hüseyin Nihal Atsız

Bu xəbəri paylaşın: