Ermənilərin nazıyla çox oynayırsan, tovariş İvan

Qarabağ erməniləri Ağdərədə yolu bağlayıb deyirlər ki, biz Kəlbəcərdən Basarkeçərə gedə bilməsək, yolu bağlayıb Azərbaycanı da Kəlbəcərə getməyə qoymayacağıq. Rus hərbiçisi Qarabağ yerinə Arsax deyir.

Biri üzdəniraq Araiklə öpüşür, dinmirik, biri tut arağı içib terrorçuların sağlığını deyir, dinmirik, Kalantaryanın nəvəsi Lavrov statusdan danışır, dinmirik, əllərinə keçən iti-pişiyi erməni adıyla Qarabağa daşıyırlar, yenə dinmirik. Biz qalib gəldik ki, erməni-rus yenə də arsax deyə-deyə sarsaxlasın?

Kadrlardan görünən axmaq erməniylə nadan rus mujikinin oyunu olduğunu anlamamaq mümkün deyil. Rus sülh qarğaları bacardıqları qədər oynayırlar. Bu çirkin oyunları 1988-92-ci illərdən görmüşük.

Ermənilərin yolu kəsərək asayişi pozmalarına heç bir etiraz ifadə etməyən və danışığında «Artsax» ifadəsi işlədən rus general ərazidə heç bir təxribata yol verməyəcəklərini bildirərək ermənilərə izah edib ki, Heyvalıdan keçən azərbaycanlı hərbçilər yox, tikinti şirkəti əməkdaşlarıdır. «Onlar artıq  belə hərəkətlər etməmək haqda xəbərdar olunub. Onlara buradan keçəndə telefon işlətməyi də qadağan etmişəm…» -deyə Rusiya generalı əlavə edib. O, ermənilərə gec-tez sovet dövründə olduğu kimi, azərbaycanlılarla dinc yanaşı yaşayacaqlarını izah edərək «Yaşasın Sovet İttifaqı!» söyləyib…

Иван, лучше сам иди домой! В противном случае нам придется гнать вас на собачьей погоне -«İti Qovan»la…

Fedai.az

Bu xəbəri paylaşın: