Şəhidlər unudulmur…

AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüsenov bildirdi ki, xalqımız Vətən müharibəsi günlərində olduğu kimi bu gün də müharibə qəhrəmanlarını unutmur və şəhidlərimizin adlarını uca tuturlar.

Həmçinin Elmar Hüseynov qeyd etdi ki, Vətən oğullarının, şəhidlərimizin döyüş yolu, göstərdikləri şücaət isə hər bir şəxsə örnək olmalıdır. Hər bir Azərbaycan vətəndaşı öz Milli Qəhrəmanlarını, şəhidlərini tanımalı və tanıtmalıdır. Şəhidlərimizi yad etmək hər birimizin ən müqəddəs borcu olmalıdır. Belə insanlarımız alqışa layiqdir. «Xalça» MMC-nin rəhbəri Əhməd Hüseynov müqəddəs şəhidlərimizin fotolarını ilmələrə köçürüb təmənnasız olaraq ailələrinə təqdim edir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elnur Səlim

Bu xəbəri paylaşın: