CƏNGƏ GEDƏRKƏN

MEHMET Emin Yurdakul

Mən bir Türkəm, dinim, cinsim uludur
Sinəm, özüm atəş ilə doludur,
İnsan olan vətəninin quludur
Türk övlâdı evdə durmaz, gedərəm.

Bu torpaqlar əcdâdımın ocağı,
Evim, köyüm hey bu yurdun bucağı,
Budur Vətən! Budur Tanrı qucağı!
Ata yurdun övlâd bulmaz, gedərəm.

Yaradanın kitabını qaldırtmam,
Osmancığın bayrağını aldırtmam,
Düşmənimi vətənimə saldırtmam,
Tanrı evi viran olmaz, gedərəm.

Tanrım şâhid duracağam sözümdə,
Millətimin sevgiləri özümdə,
Vətənimdən başqa şey yox gözümdə,
Yâr yatağın düşmən almaz, gedərəm.

Ağ köynəklə göz yaşımı silərəm,
Qara daşla bıçağımı bilərəm,
Vətənımçün ucalıqlar dilərim,
Bu dünyada kimsə qalmaz, gedərəm.

Bu xəbəri paylaşın: