KÖNÜLLÜ QAYIDIŞ… BU, MÜMKÜNDÜRMÜ?

ALLAHVERDİ Gündoğdu

Jurnalist, AVMVİB-nin fəxri üzvü

Biz yurdlarımızdan könüllü çıxarılmışdıqmı?!

Qazanılan böyük Zəfərdən sonra ortaya məntiqsiz bir söhbət atılıb, hətta bunu məcburi köçkünlərin müzakirəsinə də veriblər:

— İşğaldan azad edilmiş Yurdlarımıza könüllü qayıdış sorğusu keçirmək?!

Hətta bu məsələyə Ali Baş Komandan da ötəri olsa toxunub. Görünür bu mövzunu gündəmə gətirənlər illərdən bəri məcburi köçkün amilindən yetərincə eninə-boyuna bəhrələnib, altlarını dolduranlar, Böyük Zəfərimizə hər vəchlə kölgə salmağa çalışan qazan dibi yalayan yadelli və yadqanlılardır?

İllərdən bəri Yurd həsrəti, Vətən sevdası ilə yaşayan soydaşlarımızın nələr çəkdiklərini yalnız o ağrı-acını yaşayanlar bilər. Minlərlə köçkün soydaşımız əlləri Vətənə uzalı vaxtlı-vaxtsız dünyalarını dəyişdilər. Aldığım təsdiq olunmamış statistik məlumata görə 27 il ərzində 23 min Ağdamlımız, 14 min Kəlbəcərlimiz sıralarımızı tərk edib. Buna baxmayaraq, son məlumatlara görə 1993-cü ildə 165 min əhalisi olan Ağdamın 203 min nəfər, 55 min nəfərlə çıxan Kəlbəcərin əhalisi 77 min nəfər, 60 min nəfərə malik olan Laçınımızın əhalisi isə 80 min nəfəri haqlayıb.

Deməli, biz o Yurdlara əvvəlkindən də çox əhalimizlə dönməliyik. Məcburi köçkünlərin həyatlarında itirilmiş illər hesab etdiyim bu illər ərzində çılpaqlığı ilə fərq etdim ki, insan üçün Vətəndə Vətənsiz yaşamaqdan ağır dərd yox imiş. Ölümə nə var ki…

İndi gəlin, müzakirə predmetinə çevrilən məntiqsiz, mahiyyətsiz — könüllü qayıdış məsələsinə bir qədər yaxından yanaşaq:

— məlumdur ki, bu illər ərzində qaçqın və məcburi köçkünlərimiz üçün dövlət tərəfindən irili-xırdalı 100-dən çox müvəqqəti sığınacaq üçün hər cür şəraiti olan qəsəbələr salınıb. Və həmin evlərdə məskunlaşan insanların sənədlərində müvəqqəti sığınacaq yeri ifadəsi də qeyd olunub. Onların içərisində mənim də xeyli qohum-əqrəbam vardır. Həmin sakinlərin evi satmaq, dəyişmək, hədiyyə etmək hüququ olmayıb. Sadəcə bəzi köçkünlərimiz öz aralarında şifahi surətdə ev alqı-satqısı ediblər. Onlar da yaxşı anlayırdılar ki, torpaqlarımız işğaldan azad ediləndən sonra həmin mənzillər dövlətə təhvil veriləcək. Bu rahat mənzillərdə məskunlaşsalar da, çoxlarının onda gözü də yox idi, deyirdilər, ta ki,Yurdumuza qayıdaq. Bunlarla yanaşı doğma ocaqlarından didərgin düşən soydaşlarımızın əksər çoxluğu 27-28 il ərzində məskunlaşdıqları ərazilərdə özlərinə kifayət qədər rahat yaşayış yerləri təmin edib, iş şəraitləri yaradıblar. Bu da əsas vermir ki, sən Bakıda özünə villa tikmisən, deməli geri qayıtmağına ehtiyac qalmır. Məlumdur ki, məcburi köçkünlərimizin içində öz talelərini neft sənayesi, dənizçiliklə və bölgələrimizdə mövcud olmayan digər sahalərlə bağlayan xeli insanlarımız var. Bu məsələ isə Böyük Qayıdış qüvvəyə minəndən sonra mərhələli şəkildə öz obyektiv həllini tapmalıdır.

Bir sözlə,dediyim müəyyən istisnalarla məcburi köçkünlər elliklə torpaqlara dönməlidirlər. Doğrudur, torpaq həsrətindən dodaqları qırx yerdən çat vermiş yaşlı insanlarımızın qayıdışı o qədər də müşkül olmayacaq. Çünki illərdir onların həsrət gözləri yollara dikili qalıb. Sadəcə artım məsələsini nəzərə alsaq, təbii ki, o da gənc nəslin üzərinə düşür. Yoxsa yaşlı nəsil qayıtsın doğma Yurdlara, 5-10 ildən sonra onlar da qovuşsunlar əbədiyyətlərinə, Yurdlarımız bu dəfə öz əlimizlə boşaldılsın. Ona görə 1992-93 cü ildən sonra Bakıda və digər rayon və şəhərlərimizdə məskunlaşmış məcburi köçkün soydaşlarımız yuxarıda qeyd etdiyim cüzi istisnalarla son nəfərinə kimi geri qaytarılmalıdır. Qəbul ediləcək məlum dövlət qərarı ilə. Könüllü qayıdışa qalsa, əmin ola bilərsiniz ki, faiz əllinin əlliyə olacaq. Milli psixologiyamıza və məcburi köçkün soydaşlarımızın ab-havasına yaxından bələd olduğum üçün bu qənaətdəyəm.

Digər tərəfdən, məlumdur ki, azadlığına qovuşmuş bölgələrimizdə dövlət tərəfindən lazımi infrastrukturlar yaranacaq, zavodlar, fabriklər, iri sənaye müəssələri, dağ-mədən müəssisələri, mədəniyyət və təhsil müəssisələri, o cümlədən universitetlər yaradılacaq, böyük miqyaslı kənd təsərrüfatı sahələri dirçəldiləcək. Təbii ki,bunun üçün kütləvi insan resurslarına ehtiyac duyulacaq. Bildiyiniz kimi bu gün ölkəmizdən kənarda, əsasən də Türkiyə və Rusiyada gündəlik bir qarın çörəyə işləyən minlərlə soydaşlarımız çalışırlar ki, onların da mütləq əksəriyyətini qaçqın və məcburi köçkün soydaşlarımız təşkil edir. Bax,onların da qayıdışlarını nəzərdən qaçırmamalıyıq. Məsələn Rusiyanın qarlı-boranlı bir dağ kəndində əkin-biçinlə məşğul olub, mal-qara saxlayanlarımız, bazarlarda papaqlarını günə verənlərimiz, yaxud da İstanbulda dünyada analoqu olmayan tekstil sahəsində cüzi maaşa çalışıb, ev kirasını və ailənin digər dolanışıq çıxarlarını birtəhər ötüşdürən gənclərimiz çox həvəslə Qarabağa dönəcəklər. Həmin ölkələrdə yaşayan bilim adamları buraya aid deyildir.

Böyük insan resursuna malik olan Azərbaycan yoxsa qarşıda olan bu boyda quruculuq- abadlıq işləri üçün Laosdan, Kampuçiyadan və digər ölkələrdən işçi qüvvəsi cəlb etməlidir?. Əziz soydaşlarım, hər birinizə məlumdur ki, Vətənimizə murdar burunlarını soxmuş rus donuzları Qarabağda hay çoşqalarını artırmaq üçün dəridən-qabıqdan çıxmaqdadırlar. Əsasən, onlara lazımdır ki, Qarabağ doğumlu haylar olsun . O da yoxdur axı.

Birinci Qarabağ müharibəsi o şərəfsizlərin kökünü kəsdi, müharibədən sonra isə sağ qalan dığalar Qarabağı tərk etdilər. Şanlı Vətən müharibəsi isə sözün həqiqi mənasında onların fatihəsini verdi. Və ona da əmin olun ki, çox keçməyəcək çabalamaqda olan rus donuzları hay çoşqalarını da dişlərinə alıb, Qarabağı əbədi tərk edəcəklər və hər bir azərbaycanlı öz doğma ocağına dönəcək!

İndi siz deyin,necə ola bilər, mənfur haylar və ruslar da məskunlaşmaq üçün Qarabağlı (?) erməni axtarsınlar, biz də öz doğma torpaqlarımızda məskunlaşmada əziyyət çəkək. Onsuz da problemlərimiz bitib, tükənmək bilmir. Bir daha deyirəm, bu məntiqsiz Könüllü Qayıdış müzakirəsini ortaya atanları lənətləyirəm.

Bu öncə millətimizə, dövlətimizə xəyanətdir. Digər tərəfdən, boyük Zəfərləri əldə etmiş uca Şəhidlərimizə, qəhrəman Qazilərimizə, onun qətiyyətli Ali Baş Komandanına və təbii ki, şanlı Azərbaycan Ordusuna hörmətsizlikdir.

Onu da unutmayaq ki, Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur. Gəlin, əl-ələ verib Vətən torpaqlarına sahib duraq! Sayğılarla…

Bu xəbəri paylaşın: