Azərbaycan İES-də 20 Yanvar şəhidləri anıldı

19 yanvar 2021-ci ildə AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənovun verdiyi məlumata görə, veteranlara və şəhidlərimizə daim diqqətiylə seçilən Azərbaycan İES-in baş mühəndisi Araz Süleymanlı, Həmkarlar komitəsinin sədri Seymur Həsənov, müəssisədə çalışan müharibə veteranlarından Dağlar Rzayev və digər müharibə veteranları 20 Yanvar faciəsinin 31-ci ildönümü münasibətiylə Abidə kompleksini ziyarət ediblər.

20 Yanvar faciəsi şəhidlərinin əziz xatirələri yad edilib və abidəyə gül qoyulub.

Xatırladaq ki, bu Xatirə kompleksi müəssisə tərəfindən tikilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Bu xəbəri paylaşın: