Ramin Quluzadə nazir vəzifəsindən azad olundu və Prezident Aparatında vəzifəyə TƏYİN EDİLDİ

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib.

Məlumata görə, R.Quluzadə Prezident Administrasiyasının İşlər müdiri təyin olunub.

Qeyd edək ki, bu təyinata qədər Prezidentin İşlər müdiri Energetika naziri Pərviz Şahbazovun atası Oqtay Şahbazov idi. 

Prezident İlham Əliyevin digər sərəncamı ilə Rəşad Nəbiyev Azərbaycan Respublikasının Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar naziri təyin edilib.


Rəşad Nəbi oğlu Nəbiyev 1977-ci il avqustun 26-da doğulub. 


1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi alıb, 2000-2002-ci illərdə isə ABŞ-nın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib. 1997-2000-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində, 2002-2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar əməliyyatları departamentində çalışıb. 1997-2000-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində çalışıb.

Daha sonra R.Nəbiyev təhsilini Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində davam etdirərək, 2006-cı ildə «Yüksək vəzifəli icraçı şəxslər üçün Dövlət maliyyə idarəetməsi proqramı”nı bitirib.


Azərkosmos ASC-yə sədr təyin edilməzdən əvvəl, 2004-2011-ci illərdə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləyib.


Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci il 24 yanvar tarixli Sərəncamına əsasən Azərkosmos ASC-nin sədri vəzifəsinə təyin edilmişdir.

Bu xəbəri paylaşın: