DSX rəisi Ermənistanla sərhəddə

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində xidməti-döyüş fəaliyyətinin təşkilini yoxlayıb və sərhəd-döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşüb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Novruz” bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik sözləri şəxsi heyətə çatdırılıb.

Təmas xəttinin döyüş mövqelərində xidmətdə olan hərbi qulluqçular bu bayram münasibətilə şəxsən təbrik edilib, hər bir sərhədçiyə bayram sovqatları təqdim olunub.

Səfər çərçivəsində xidməti döyüş fəaliyyətinin təşkili və düşmən təxribatlarının qarşısının alınması üzrə verilmiş tapşırıqlarının icra vəziyyəti yoxlanılmış, zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması məqsədilə görülən işlərə, hərbi qulluqçuların xidməti və yaşayış şəraitlərinə baxış keçirilib.

Hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri göstərişlər verilib.

DSX rəisi Ermənistanla sərhədə getdi, tapşırıqlar verdi - FOTO
Bu xəbəri paylaşın: