Türkün ibrət tarixçəsi

Bir zamanlar Avropa fatehi, Roma papasını qarşılarında diz çökdürən avar-türklərinin tənəzzülü acı bir sonluqla qurtardı.

XI əsr Bizans mənbələrindən günümüzə belə bir rəvayət gəlib çatıb (İ.Erdeli Avarı): «Məğlub edildikdən sonra keçmiş avar döyüşçüləri Krum xanın əsirliyində idilər. Bir gün xan soruşdu: «Sizin rəhbərlər və sizin xalq niyə tənəzzül etdi?»

Keçmiş döyüşçülərdən ən yaşlısı dedi: «Birincisi, Xaqanı doğru-dürüst məsləhətçilərdən mərhum edən mübahisələr nəticəsində hakimiyyət vicdansız adamların əlinə düşdü.

İkincisi,hakimlərin özbaşınalığı nəticəsində xalq həqiqətdən uzaq düşdü.Hakimlər yaltaqlıq və oğurluqla məşğul idilər.

Üçüncüsü, kütləvi sərxoşluq nəticəsində sağlam düşüncəni, fiziki sağlamlığımızı itirdik, başları al-verə qarışan avarlar tacirlərə çevrildilər. Bir-birini aldatmaqla yanaşı, qardaş qardaşı satdı. Bütün bunlar bizim xəcalətli bədbəxtliklərlə dolu sonluğumuza səbəb oldu»…

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 2
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •