AVMVİB Nərimanov rayon şöbəsinin üzvləri şəhidlərimizi yad etdilər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nərimanov rayon şöbəsinin sədri Qurban Osmanovun verdiyi məlumata görə rayon veteranları Nərimanov könüllülər batalyonu şəhidlərinin məzarlarını ziyarət etmişlər.

AVMVİB Nərimanov rayon şöbəsinin sədri Qurban Osmanovun bildirib ki, bu artıq rayon veteranları arasında bir ənənə halını alıb. Hər il şəhid qardaşlarımızın məzarlarını ziyarət edir və məzarları üstünə gül qoyuruq.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elnur Səlim

Bu xəbəri paylaşın: